Interposta.Info

Müğənni:

Maqazin
 28-06-2017, 22:15     1 658

2 yaşımda atamı itirmişəm, sonra anamı itirmişəm, cavan bacımı itirmişəm. Bir qardaşım qalıb, bir bacım. Amma xoşbəxtəm həyatda. 2 nəvəm var. Yaşamağa dəyər. Bacımı erkən yaşda itirdim. 2 uşağı qaldı. Allaha şükür hər ikisi ailə qurub.

Axar.az xəbər verir ki, bu sözləri müğənni Əlikram Bayramov ARB TV-nin “Gəlin danışaq” verilişində qonaq olarkən deyib. Sənətçi məktəb xatirələrin bəhs edərkən kədərli anlarına da toxunub:

“31 şagird idik məktəbdə. 1-ci sinifə gedən günümü heç vaxt unutmuram. Hamını atası gətirmişdi, məni anam gətirmişdi. O vaxta kimi anam və qardaşım mənə atasızlığı hiss elətdirməmişdi. Amma həmin günü anam əlimdən tutub məni məktəbə aparanda uşaqları atalarının gətirdiyini gördüm. Həmin günü dərsə girmədim. Anamdan soruşdum ki, atam hanı? Onda hiss elədim ki, atam yoxdur. Evə gəldim sonra əmilərim,dayılarım gəlib dedilər ki, sən get məktəbə, atan gələcək. O vaxt məktəbdə uşaqlara yardım edirdilər, atasız uşaqlara pal-paltar verirdilər. 31 uşağın içində mənə verdilər. O vaxtlar müəllimlərdən də inciyirdim ki, heç olmasa bunu arxada verərdin. Anam təndir salırdı. Gəldim, həmin paltarları mən atdım təndirə. Mən onu geyinmiş olsaydım, elə bilirdim ki, uşaqlar deyəcək ki, bunu veriblər buna geyinir. Uşaqkən adam elə olanda çox zərbə görür. Atasızlıq çox çətindir. 6-cı sinifdən mən başladım işləməyə. Öz paltarlarımı özüm almağa qərar verdim. Anam çatdıra bilmirdi, 4 uşaq idik. Məktəb verdiyi paltarları geyinsəm, uşaqlar da lağ edərdi. Bir söz tərs gələn kimi başıma qaxardılar. Mən də onu qəbul edə bilmirdim. Elə olurdu məktəbə həftələrlə getmirdim. Uşaqlar bir-birini təbrik edirdi, pul çatdırıb qızı təbrik edə bilmirdim. 8 martda, 23 fevralda gizlənirdim. Nə heç kim məni təbrik etsin, nə də mən kimisə təbrik edim. Uşaq var idi ki, atalı idi çox şey alırdı, amma mən o cılız hədiyyəni verməkdə utanırdım”.

Əlikrab Bayramov səhərə olan qorxdusundan da danışıb:

“Həyatımda nə olubsa, səhərlər olub. Atamı da səhər gətiriblər, bacım da səhər rəhmətə gedib, anam da səhər-səhər huşunu itirib, axşama çəkmədi heç. Səhər oyananda həmişə qorxmuşam. 3 acı da mənə səhərlər dəyib. Mənim övladlarım dünyaya gəldi, 2 övladım səhər rəhmətə gedib. Səhər adam xoş söz eşidər. Səhər evdən çıxan adama dualar eləmək lazımdır ki, geri dönsün. Oğluma deyirəm ki, çalış bədbin oyanma. Bir yerin ağrıyanda da çalış onu biruzə vermə”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26