Interposta.Info

“Anam qapını açıb dedi ki, atan daha yoxdur” –Kamilə Babayeva -

Maqazin
 3-03-2017, 17:16     663

“Anam qapını açıb dedi ki, atan daha yoxdur” –Kamilə Babayeva -

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan tanınmış aparıcı Kamilə Babayeva maraqlı açıqlamalar verib.

O, ilk olaraq atasının ölümündən danışıb:

"Atam vəfat edəndə uşaq idim. Yatmışdım, anam qapını açıb içəri girəndə ayıldım. Dedi ki, bir də artıq Kamilə hirslənmə, Kamil artıq yoxdur. Anam sevgisinə sadiq biri idi. Heç vaxt atamın haqda pis söz demədi. Anamla Bakı kəndlərinə gedib çoxlu qərənfil aldıq və Qaxa gedib orada vidalaşdıq. Atamın adını daşıyıram".

Daha sonra Kamilə Babayeva model olmaq arzusunun da olduğunu vurğulayıb:

"Əvvəllər belə bir fikrim var idi ki, model olum. Əslində "Bağ mövsümü" filmiylə fikirlərim film sahəsinə yönəldi. Modellik nisbətən fikrimdən çıxdı".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26