Interposta.Info

“Anam ağacdan yıxılıb öldü” - Vüqar Muradov -

Maqazin
 17-09-2018, 12:40     10 539

ARB TV-nin “Boş anlar” verlişi yeni mövsümə start verib.

Mövsümün ilk qonağı isə müğənni Vüqar Muradov olub.

Müğənni onu hər yaşında incidən açı xatirəsindən söz açıb:

“Gənc yaşda faciəvi şəkildə anamı itirmişəm. Bu elə bir sızıltıdı ki, bunun təmiri yoxdur. Anam çox zəhmətkeş qadın idi. Alman dili müəlliməsi idi. Atam işsiz qaldıqdan sonra anam həm alman dilindən uşaq hazırlayırdı, həm də meyvə yığıb mürəbbələr bişirərdi. Səhər saat 6-da durub işə başlayırdı, gecə 12-də yatmağa gedərdi. 2005-ci ildə bir gün yağış yağmışdı, sabahsı gün isə anam incir ağacına çıxmışdı. Mən evdə yox idim. Bir budaq qırılıb, aşağıdakı budağa dəyərək anamı qaldırıb yerə çırpıb. Nəticədə anamın ciyəri partladı və boynu sındı. Mən Bakıda idim. Bir həftə, 10 gün öncə anamı yuxuda ölən görmüşdüm. Durdum ağlaya-ağlaya anama zəng vurdum ki, ana bəs səni yuxuda ölən görmüşəm. Anam isə mənə “ay oğul, ömrümü uzatmısan” dedi. Sən demə bu ömür uzatmaq deyilmiş”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26