Interposta.Info

Azərbaycanlı müğənninin dəbdəbəli villası -

Maqazin
 30-01-2017, 19:33     993

Azərbaycanlı müğənninin dəbdəbəli villası -

"ARB TV"nin "Evgördü" verilişi müğənni Əlikram Bayramovun evində qonaq olub. İfaçı ailə qurmasından danışıb:

"2 yaşımdan atamı itirmişəm. Anamı elçiliyə göndərdim, qızı vermədilər. Dedilər ki, müğənniyə qız vermirik, gündə birini görür. Mən də qızı götürüb qaçdım. Qız məni istəyirdi, mənə məktublar yazırdı. Evdə mənim sözüm keçir. Ailədə kişinin sözü keçər, xanım kimdir? Qadın evində xanımlığını etsin".

Daha sonra müğənni qonşularla olan münasibətindən və evindən danışıb: "Qonşularla münasibətim yaxşıdır. Qonşu ilə nə problemim ola bilər ki? Evi bir dəfə tikirsən. O evi də elə tikməlisən ki, uşaqlar da rahat yaşasın. Bu evi 5-6 ilə tikmişəm. Qardaşım pul qoyub tikib, sonra mən yavaş-yavaş ona qaytarmışam".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26