Interposta.Info

Rafət El Roman azərbaycanlı Dilbərlə hovuzda -

Maqazin
 23-06-2017, 13:27     627


Məşhur Türkiyə müğənnisi Rafət El Roman “Məcnun” albomundakı “Ən gözəl şeyi sevdim” mahnısına klip çəkdirmək üçün azərbaycanlı model Dilbər Mahmudovanı seçib.

Teleqraf.com xəbər verir ki, Bodrum-Gümüşlükdəki otellərdən birindəki hovuzda klip üçün açıq-saçıq səhnələr lentə alınıb.

Klipdə Rafetin sevgilisi rolunu oynayan Dilbərin müğənni ilə həddən artıq səmimi fotoları dedi-qodulara səbəb olub. Rafət El Romanın “eşq dolu bir klip çəkirik” deməsi medianı daha da qıcıqlandırıb.

Jurnalistlərin müğənniyə ünvanladığı: “Dilbər xanımı keçmiş həyat yoldaşınız Ceren Kaplakarslana bənzətdik” sualına Rafet belə cavab verib: “Dilbəri bu səbəblə seçməmişəm…”

Qeyd edək ki, hovuzda əylənən cütlük daha sonra otelin həyətində çəkilişlərə davam edib. Bu zaman Dilbər kiçik bir qəza yaşayıb. Oun oturduğu taxta platforma qəfildən açılıb və Dilbər ora yıxılıb.

Modelin köməyinə ilk olaraq, elə Rafet özü qaçıb. Rafetin həyəcanla Dilbəri qucaqladığı şəkillər gözdən yayınmayıb.

interposta.info
Rafət El Roman azərbaycanlı Dilbərlə hovuzda -
Rafət El Roman azərbaycanlı Dilbərlə hovuzda -
Rafət El Roman azərbaycanlı Dilbərlə hovuzda -
Rafət El Roman azərbaycanlı Dilbərlə hovuzda -
Rafət El Roman azərbaycanlı Dilbərlə hovuzda -
Rafət El Roman azərbaycanlı Dilbərlə hovuzda -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26