Interposta.Info

Azərbaycanlı model:

Maqazin
 11-07-2017, 18:52     976

interposta.info xəbər verir ki, Müğənni Rafet El Romanın klipində rol alan və ekran işindəki səmimi görüntülər ilə gündəmə gələn azərbaycanlı aktrisa –model Dilbər Məmmədova Musavat.com saytının suallarına cavab verib. Onunla söhbətə aktrisanın təqdimatı ilə başladıq:

- Gəncə şəhərində doğulmuşam, 26 yaşım var. Rafetlə klip ilk efirə çıxışım deyil. “Bacanaqlar” serialında 1 il Leyli obrazını canlandırmışam. 2012-ci ildə Miss Civilization Gözəllik müsabiqəsində iştirak etmiş, “Miss İce” nominasiyasına layiq görülmüşəm. Bundan əlavə, reklam və Niyam Səlaminin “Gözəllər gözəli” klpində rol almışam. Sadəcə olaraq mənim şəxsi həyatımda bəzi dəyişikliklər olduğu üçün həm modellikdən, həm serialdan ayrılmağa məcbur oldum. Aradan 3 il keçdi və mən peşəmə geri qayıtdım. İşimi İstanbulda davam etdirməyə qərar verdim və buraya gəlib “Şan” agentliyində işə başladım.

- Bəs, Rafet El Romanla tanışlığınız necə oldu? Klip təklifi necə gəldi?

- Rafet bəylə tanışlığıma gəldikdə isə onun meneceri Züleyxa xanım bizim agentliyə gəldi. İlk olaraq onunla görüşüb danışdıq və razılığa gəldik. Rafet bəylə çəkiliş meydançasında görüşdük.

- Klipdə yer alan səmimi görüntülər çox müzakirə olundu. Hətta tənqidlər də vardı ki, bu cür addımlar Azərbaycanın adına ləkədir. Tənqidlərə münasibətiniz necədir?

- Klipdəki görüntülərin birmənalı qarşılanmadığını biliirəm. Onlara heç nə deyə bilmərəm. İnanlara deyə bilmərəm ki, o görüntüləri normal qarşılayın. Model-aktrisayayıqsa, bu cür səhnələrə çəkilə bilərik. Bu bizim üçün normaldır. Tənqidləri də normal qəbul edirəm və hər kəsin fikirlərinə hörmətlə yanaşıram. İnsanlar müxtəlif olduğu kimi fikirlər də fərqlidir.

- Bəzən aktrisalar səmimi səhnələrə çəkiləndə çətinlik çəkir. Sizin hər hansı çətinliyiniz oldumu?

- Əlbəttə, bir az çətinlik çəkdim. Çəkiliş komandası mənə çox dəsttək oldu. Əsas odur ki, uğurlu iş ərsəyə gətirdik.

- Klip yayımlanmadan bir anda Türkiyədə məşhur oldunuz. Bu cür halın yaşanacağını gözləyirdinizmi?

- Çəkiliş zamanı paparazilərin bizi görüntülədiyindən xəbərsiz idik. Klip öncəsi bu cür tanınmağı gözləmirdim. Biz jurnalistləri görəndə artıq gec idi. Onlar görüntüləri aşkara çıxarıb, yalan xəbərlər yazdılar. Bu xoş hal deyil. Haqqımda yazılan xəbərlər ürəyimcə olmadı. Biz Bodrumda iki klip çəkdirdik. “Ən güzel şeyi sevdim” klipində rol alan mən deyiləm. Mənim rol aldığım klip bir neçə ay sonra yayımlanacaq. Mən “Her şeyə rağmen, ən güzel şey yaşamaq” mahnısına çəkilən klipdə rol almışam. Onu da qeyd edim ki, mənim soyadımı Mahmudova olaraq qeyd ediblər. Amma mən Məmmədovayam.

- Rafet El Romanın Azərbaycana bağlılığı məlumdur. Ola bilərmi ki, klipin Bakda da təqdimatı olsun?

- Rafet El Romanın Azərbaycana qarşı böyük sevgisi var. Amma bu cür düşüncəsi olub-olmadığını bilmirəm.

- Yeni layihələr, iş təklifləri varmı? Gələcək planlarınız nələrdir?

- Yeni layihələr haqda düşünürəm, gələcək fəaliyyətimlə bağlı planlar qururam. Yeni çəkiləcək serialın birindən təklif gəlsə də, rol məsləhətli deyildi deyə qəbul etmədim. Çünki hər şeyin ən yaxşısını etməyə çalışıram.

interposta.info
Azərbaycanlı model:
Azərbaycanlı model:
Azərbaycanlı model:
Azərbaycanlı model:
Azərbaycanlı model:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26