Interposta.Info

Rihanna paylaşdığı bu

Maqazin
 10-06-2017, 07:20     622

Amerikada "Barstool Sports" adlı bloqda müğənni Rihanna haqqında gedən yazı müğənnini sevənlərin qəzəbinə tuş gəlib.

Teleqraf.com xəbər verir ki, yazıda Rihannanın kökəlməsi önə çəkilir və qeyd olunur ki, müğənni şişmanlığı yeni dəb halına gətirmək istəyir.

Yazıda müğənni sumo döyüşçülərinə bənzədilir. Rihannasevərlər sosial şəbəkədə yazı ilə bağlı ciddi etirazlarını bildiriblər. Bloq tənqidlərin qarşısında tab gətirə bilməyərək yazını silməli olub.

Rihanna isə bu gün sosial şəbəkədə baş verənlərə münasibətini bildirib. "Barstool Sports"dakı yazını ciddiyə almadığını deyən müğənni amerikalı hip-hop ifaçısı Gucci Manenin 2007 və 2017-ci illərdəki fotolarının üzərinə "Marilyn Monroe" sözü yazaraq paylaşıb.

interposta.info
Rihanna paylaşdığı bu
Rihanna paylaşdığı bu

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26