Interposta.Info

Daha bir jurnalist "Maşın" şoudan getdi –

Maqazin
 6-06-2017, 07:24     713

“Maşın əldən getsə də, əsas odur ki, vicdanımız, simamız əldən getməsin”

“Maşın Şou”nu bu gün tərk edən jurnalist Vüqar Vüqarlı olub.

Musavat.com bildirir ki, bu gün oyunda qutudan jurnalist Vüqar Vüqarlının şəkli çıxıb. Jurnalist qarşıdurmaya heç zaman xanım sənətçiləri çıxarmayacağını deyərək Sərxan Kərəmoğlunu çıxardıb. Sonda 39 faiz səs toplayan jurnalist oyunu tərk etməli olub. 3 dəfə ardıcıl olaraq qarşıdurmaya çıxıb, səs toplayıb oyunu davam etdirən jurnalist bu dəfə səs toplaya bilməyib.

Jurnalist oyunu tərk edərkən bildirib: “Maşın əldən getsə də, əsas odur ki, vicdanımız, simamız əldən getməsin”.

Qeyd edək ki, bugünkü şouda müğənni Elariz Məmmədoğlu və bir sıra tanınmış televiziya aparıcıları qonaq qismində iştirak edib. Beləliklə, bu günün nəticələrinə əsasən, sabah aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, müğənnilər Səidə Sultan, Təranə Qumral, rəqqasə Oksana, rejissor Aqil M. Quliyev mübarizə aparacaqlar.

interposta.info

Daha bir jurnalist "Maşın" şoudan getdi –
Daha bir jurnalist "Maşın" şoudan getdi –
Daha bir jurnalist "Maşın" şoudan getdi –
Daha bir jurnalist "Maşın" şoudan getdi –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26