Interposta.Info

Nadir Qafarzadə də şoudan getdi –

Maqazin
 9-06-2017, 07:24     664

Bu gün “Maşın Şou”nu tərk edən müğənni Nadir Qafarzadə olub.

Qeyd edək ki, şounun əvvəlində müğənni qarşıdurmaya sənətçi Sərxan Kərəmoğlunu çıxartmışdı. Lakin sənətçi mübarizəni gözləmədən maşından əlini çəkərək şounu tərk etdi.

Müğənni onun qərarının yanlış olduğunu deyib: “Sərxan çox tələsdi, gərək getməyəydi. Mən səs toplamaya, bəlkə səs toplayıb özüm də gedə, ona qarşı jest edə bilərdim. Amma məni çıxılmaz vəziyyətdə qoyub getdi. Hədəf dəqiq Oksana deyil”.

Müğənni bir qədər fikirləşdikdən sonra başqa seçimi olmadığını deyərək rejissor A.M.Quliyevi qarşıdurmaya çıxarıb. Bununla belə qeyd edib ki, əgər səs toplasa rejissoru şoudan çıxartmayacaq, əks halda onu da şoudan uzaqlaşdıracaq. Sonda səsvermənin nəticələri açıqlanıb. Nadir Qafarzadə 37 faiz səs toplayaraq şounu tərk etməli olub.

Müğənni dediyi sözə əməl etməyərək, şoudan heç kəsi çıxartmayıb.

Beləliklə sabah şouda mübarizə aparacaq iştirakçılar bunlar olacaq: rəqqasə Oksana Rəsulova, Aqil M.Quliyev, Fərda Amin, Elcan Rəsulov, İslam Mehrəliyev.

interposta.info
Nadir Qafarzadə də şoudan getdi –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26