Interposta.Info

"Allah eləməsin ki Təranə Qumral anam olsun" - "Maşın Şou"da yeni qalmaqal

Maqazin
 8-06-2017, 07:20     940

"Maşının Şou"nun bugünki açılışı qalmaqalla başlayıb.

Müğənni Təranə Qumral qarşıdurmaya sənətçi Sərxan Kərəmoğlunu çıxardıb. Sənətçi qarşıdurmaya çıxarılmasına bu cür mövqe bildirib:

“Təranə Qumral mənim bacım deyil, xalamqızı deyil. Təranə Qumral Allah eləməsin ki, anam olsun. Ümumiyyətlə mən heç zaman xanımla mübarizə aparacaq qədər enmədim. Elə zaman olub ki, qalib gəlmişəm, elə olub ki, gəlməmişəm”.

Onun sözləri müğənnini özündən çıxarıb:

“Danışanda “palan içi tökmə!” Mən heç sənin nə anan, nə də bacın olmaq istəmirəm. Mən qəhrəman bacısıyam. Mən burda qalacamsa səni çıxardacam! Sərxan burda mənim əsəblərimi pozur və narahat edir. Hər kəsdən səs istəyirəm”.

Daha sonra sənətçilərin qaldığı oteldən süjet təqdim olunub. Məlum olub ki, şou başlamazdan əvvəl sənətçilər arasında böyük qalmaqal yaşanıb. Əvvəlcə sənətçilər bir-birilərinə ağır təhqiredici ifadələr işlədiblər. Daha sonra müğənni Təranə Qumral Sərxan Kərəmoğlunun başına su butulkası atıb. Sənətçi müğənninin bu davranışına dözməyərək ağlayıb.

Şounun aparıcısı Murad Dadaşov süjetə münasibət bildirərkən qeyd edib ki, təhqirlərə ilk başlayan müğənni Təranə Qumral olub.

Qeyd edək ki, bu günə qədər şounu 10 nəfər tərk edib.

interposta.info
"Allah eləməsin ki Təranə Qumral anam olsun" - "Maşın Şou"da yeni qalmaqal
"Allah eləməsin ki Təranə Qumral anam olsun" - "Maşın Şou"da yeni qalmaqal
"Allah eləməsin ki Təranə Qumral anam olsun" - "Maşın Şou"da yeni qalmaqal

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26