Interposta.Info

Səidə ilə Təranənin maşın davası:

Maqazin
 3-06-2017, 20:12     1 261

Maşın şounun canlı efirində günorta vaxtı iştirakçılar arasında baş verən qalmaqalla bağlı süjet yayımlanıb.

Teleqraf.com xəbər verir ki, bu dəfə Səidə Sultanla Təranə Qumral arasında mübahisə yaşanıb.

Təranə Qumral Səidəylə danışarkən: "Təranəyə maşın lazımdır?! Maşınıma nə gəlib?" – deyib.

Buna cavab olaraq Səidə Sultan öz etirazını bildirib:

"Sizə maşın lazım deyilsə, burda niyə durmusunuz? Mən gündəm xətrinə bura gəlməmişəm. Məqsədim hər gün təzə paltarlarımı geyinib özümü göstərmək deyi!"

Maşını aparmağa gəldiyini bildirən Səidə Təranə xanıma başqalarının şansını əlindən almamasını və əgər maşın lazım deyilsə, burda durmağın mənasız olduğunu bildirib.

Qeyd edək ki, Təranə xanım daha sonra öz fikrini təkzib edərək, maşını qızı üçün qazanmağa gəldiyini söyləyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26