Interposta.Info

Təranə Qumralın “qatıqlama”sı aranı qarışdırdı –

Maqazin
 6-06-2017, 07:22     1 017

“Maşın Şou”nun bugünkü buraxılışı da qalmaqalsız ötüşməyib.

Musavat.com bildirir ki, şounun son dəqiqələrində qarşıdurmaya çıxarılan sənətçi Sərxan Kərəmoğlu ilə müğənni Təranə Qumral arasında söz davası düşüb.

Belə ki, müğənni Təranə Qumral sənətçinin onun haqqında dediyi “Sən günəşi qayğanaq görürsən” sözlərinə qarşı ağır ifadə işlədib: “Sən ümumiyyətlə həyatı qayğanaq görürsən, nəinki günəşi. Dediyin sözlər özündə qalsın. Qatıqlama”.

Sənətçi Sərxan Kərəmoğlu isə müğənninin ifadəsinə bu cür mövqe bildirib: “Bax, elə o tərbiyənə görə sənə səs verəcəklər”.

Aranı sakitləşdirmək üçün aparıcı Murad Dadaşov istehzalı şəkildə reklamlardan söz açıb.

Qeyd edək ki, bu gün şouda qutudan şəkli çıxan jurnalist Vüqar Vüqarlı olub. O, qarşıdurmaya sənətçi Sərxan Kərəmoğlunu çıxarıb.

interposta.info bildirir ki, hazırda şou davam edir
Təranə Qumralın “qatıqlama”sı aranı qarışdırdı –
Təranə Qumralın “qatıqlama”sı aranı qarışdırdı –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26