Interposta.Info

Səidə Sultan:

Maqazin
 2-06-2017, 17:37     1 034

Müğənni Səidə Sultan prodüser Tarix Əliyevin “Maşın şou”dan getməsinə münasibət bildirib.

Musavat.com xəbər verir ki, o, efirdə bildirib ki, tamaşaçı səsverməsinə çıxıb, Toliki uzaqlaşdıracağı üçün prodüser belə addım atıb: “Bu gün tamaşaçı səsverməsinə çıxıb, Toliki uzaqlaşdırmalı idim. Tolik də başa düşdü ki, mən ora çıxacağam. Ona görə də, məcbur olub, maşından əlini çəkdi. O, mübarizə apara bilmədi, qorxdu. Tolik deyir ki, əsəbləri dözməyib gedib. Mən bu gün ona dəymək istəmirdim. Kameralara oynayan o qədər adam var ki...”

Tolik Səidəyə İnstaqram vasitəsilə cavab verib: “Maşın şou” çox mürəkkəb və çətin yarışmadır. Səidə, sən mənə ən axırıncı rəqibsən. Hələ sən özünü bu xalqa tanıt sonra... Mənim bu ölkəyə xeyrimi sənin kimi "müğənniciklər" bilməz. Sənə dedim ki, qarşımda Nəsib var (aparıcı Nəsib Nur, Səidənin bacısının həyat yoldaşı), ona hörmət edirəm. “Maşın şou” 17 gündən sonra bitir, amma mən qalacam. Mən çıxanda sözümü dedim, arxamca şir olmusan”.

Qeyd edək ki, Tolik proqramdan getmə səbəbini belə açıqlamışdı: “Mən İslama söz vermişdim ki, əlimi maşından götürəcəyəm. Ona görə əlimi çəkirəm. İndi iştirakçılar düşünsün ki, kimin maskasını cıracaqlar. Heç kimin gücü çatmaz ki, mənim adımı çəkib oyundan çıxartsın. Güclü rəqibəm. Məni oyundan uzaqlaşdırmaq arzunuz ürəyinizdə qalacaq. Mənə deyirdilər ki, əlini çəkə bilməzsən. Mən birinci “Maşın şou”da da bir sözə görə əlimi çəkdim, indi də çəkirəm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26