Interposta.Info

Aybəniz Haşımova:

Maqazin
 5-04-2017, 15:31     705

Gəncədə baş verən tükürpədici hadisə mətbuatda, sosial şəbəkələrdə böyük rezonans doğurub. Tanınmış ictimaiyyət nümayəndələri və sənətçilər də məsələyə münasibət bildirib.

Musavat.com bildirir ki, əməkdar artist Aybəniz Haşımova da 3 uşaq atası 26 yaşlı Həsən Səfərovun öz qardaşı qızını qaçırmasını sərt şəkildə qınayıb: “Bu qədər murdarçılıqlar törədilən illəri görməyəydim. Sənin boynun qırılsın, ay belə əmi, qardaş qızı! Sizi Allah yox, şeytan yaradıb. Vicdansız, namərd, nakişi... Adam qardaşı qızını da özünə arvad edər? Ay şərəfsiz, bütün dünyanı gözümdən salan murdar”.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva da məsələyə münasibət bildirirək, yayılmış xəbəri dəhşət içərisində oxuduğunu deyib. Millət vəkili də baş verən hadisəni və onun iştirakçılarını qınayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26