Interposta.Info

Aybəniz Haşımova OD PÜSKÜRDÜ:

Maqazin
 17-02-2017, 18:45     804

Aybəniz Haşımova OD PÜSKÜRDÜ:

Əməkdar artist Aybəniz Haşımova bacısı xalq artisti Şahaz Haşımovanın Gəncə Dövlət Filarmoniyasından uzaqlaşması haqqında yayılan xəbərlərə əsəbiləşib.
Publika.az xəbər verir ki, bacısının müdafisəsinə qalxann əməkdar artist intaqramda bu sözləri yazıb:
“Dünəndən bir sıra KİV-lərdə bacım, Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü Şahnaz Haşımovanın Gəncə Dövlət Filarmoniyasından direktor vəzifəsindən azad olunması haqqında xəbərlər yayılır. Məsələnin maraqlı tərəfi ondadır ki, bəzi saytlar Şahnaz Haşımovanın xalq artistindən daha çox mənim bacım kimi qabartmağa çalışır və qeyri-peşəkar başlıq çıxarırlar.
Diqqətinizə çatdırıram ki, Şahnaz xanım böyük səhnədə olanda mən dünyaya gəlməmişdim. Onunla bağlı xəbərin başlığına adımın çıxarılması qeyri-peşəkarlıq və qərəzdən irəli gəlir. Şahnaz xanım işdən dünən yox, bir neçə ay öncə səhhətindəki problemə görə öz ərizəsiylə uzaqlaşıb. Hətta saytların yazdığına inansaq öz ərizəsi ilə deyil, rəhbərliyin əmri ilə işdən azad olunubsa təəccüblü heç nə yoxdur. Şahnaz xanım 20 il ərzində Gəncə Dövlət Filarmoniyasına rəhbərlik edib və onun zəhmətinə yuxarıda qeyd etdiyim kimi dövlətimiz yüksək dəyər verib. Vəzifə isə əbədi deyil...”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26