Interposta.Info

Dünya ulduzlarına bənzəyən azərbaycanlı məşhurlar (VİDEO)

Maqazin
 23-10-2021, 16:44     452

Belə bir deyim var: "İnsan dünyaya cüt gəlir". Bəzən həyatda elə insanlara rast gəlirik ki, onlar fərqli yerdə və fərqli məkanlarda yaşasalar da, bir-birlərinə əkizlər qədər bənzəyirlər. Şou biznes aləmində də kifayət qədər belə insanlar var. Hər söz-söhbətləri ilə gündəm olan məşhurlar bu dəfə bir-birlərinə bənzərlikləri ilə diqqət çəkiblər. Yerli şou-biznes aləmində geyimi, saçı, makiyajı, stili ilə dünya ulduzlarına bənzəyən sənətçilərimiz var.

"İnterPosta" MTV-yə istinadən dünya məşhurlarına bənzəyən yerli sənət adamlarını təqdim edir:

Müğənni Günay İbrahimli etdirdiyi bir neçə fotosessiyalarında türkiyəli məşhur ifaçı Ziynet Saliyə bənzədilib. Onun üz quruluşu, etdirdiyi saç düzümləri çox vaxt Ziynetlə eyni olur. Bu təsadüfdür, yoxsa bənzəyir? Bu artıq tamaşaçıların fikrinə qalıb.

Avroviziya 2011 qaliblərindən biri Nigar Camalı hər kəs Cenifer Lopezə bənzədir. O təkcə siması və bədən quruluşu ilə deyil, eyni zamanda rəqs və şouları ilə də Lopezə çox bənzəyir.

Milyonların sevimlisi Xalq artisti Röya Ayxan bir zamanlar qıvrım saç düzümü və geyim tərzi ilə dünya ulduzu Uitni Hyustona bənzədilirdi.

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva bəzi fotosessiyalarında məşhur ifaçı Selena Qomezə bənzədilib.

Müğənni Günel Məhərrəmova sənətə gəldiyi ilk gündən Xalq artisti Aygün Kazımovaya bənzədilib.

Xalq artisti Briliant Dadaşova və Əməkdar artist Lalə Məmmədova da hər zaman tərzləri və səsləri bir-birlərinə bənzədilib. Hətta Dadaşova bu bənzərliyinə görə illərdir Lalə Məmmədova ilə küslüdür.

Müğənni Afət Fərmanqızı çox vaxt tərzi və stili ilə Xalq artisti Nazpəri Dostəliyevaya bənzədilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26