Interposta.Info

Azərbaycanlılar

Maqazin
 9-01-2017, 07:31     712

Azərbaycanlılar

“O səs Türkiyə” müsabiqəsinə qatılan azərbaycanlı gənclər Zülfi Əsədov, İlham Nəzərov və Müşfiq Əliyev yarışmadan kənarlaşdırılıblar.

Bu barədə əməkdar artist Aybəniz Haşımova Feysbuk hesabında yazıb.

“Dəyərli jurnalistlər və tamaşaçılarımız, sizi nə qədər çox sevdiyimi Allah bilir. Amma kiçik bir iradımı qəbul edin. İrad bildirəndə onu kökündən kəsib atmayın, səhvini düzəltmək şansı olanları və diri qalmaq istəyənləri söz ilə öldürməyin. Türkiyənin “O səs Türkiyə” müsabiqəsində bəstəkarlarımız və musiqilərimizin adları anonim yazılıb. Doğru olaraq yazırsınız ki, bununla qəlbimizə toxunurlar. Mən də bundan çox narahat olmuşam, qəlbim dəfələrlə qırılıb. Axı niyə? Onlar bizim qardaşımızdır axı...
Amma, qurban sizə, irad bildirəndə elə edək, elə başa salaq ki, bu, bir də təkrarlanmasın. Yoxsa hər şeyi kökündən elə kəsirsiniz ki, bunun əziyyətini istedadlı gənclərimiz çəkir. Son vaxtlar mətbuatımızda o yarışma ilə bağlı o qədər tənqidi fikirlər yazıldı ki, nəticəsi belə oldu. Hazırda “O səs Türkiyə” yarışmasından Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev və digər istedadlı azərbaycanlı səs sahibləri uzaqlaşdırıldılar. Baxmayaraq ki, münsiflər yalvararaq onları komandalarında görmək istədiklərini demişdilər. Mənim fikrim budur. Onlar sizin yazdığınız haqlı iradlara cavab olaraq istedadlı balalarımızı yarışdan kənarlaşdırdılar. Canları sağ olsun, təki Türkiyə yaşasın, başı bəla görməsin, təki dərdləri bir yarışma dərdi olsun. Türkiyə, nə olursa-olsun, Azərbaycan həmişə sizinlədir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26