Interposta.Info

Aybəniz Haşımovadan Tahir Əkbərlə bağlı xoş xəbər

Mədəniyyət
 29-11-2017, 07:28     10 911

Tanınmış bəstəkar Tahir Əkbər müalicəsinin davamını Suraxanı müalicə bərpa mərkəzində davam etdirmək üçün evə buraxılıb.

Kult.az xəbər verir ki, bu barədə əməkdar artist Aybəniz Həşimova sosial şəbəkədə məlumat paylaşıb.

A.Haşımova yazıb ki, ölkəmizin birinci xanımı Mehriban Əliyeva böyük bəstəkar Tahir Əkbərin müalicəsini öz üzərinə götürmüşdü və nəticədə Tahir müəllim ölümün pəncəsindən döndü:

“Bu gün o, bir aydır müalicə aldığı Respublika Müalicəvi Dioqnostika Mərkəzində stabilləşərək, müalicəsinin davamını Suraxanı müalicə və bərpa mərkəzində davam etdirmək üçün evə buraxılıb. Növbəti mərhələni də Tahir müəllimin göydə Allah, yerdə dəyərli Mehriban xanımın sayəsində başa vuracağına inanıram. Tahir müəllim bu gün Mehriban xanımın sayəsində övladına qovuşdu”.

Qeyd edək ki, əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər insult keçirmişdi və vəziyyəti həddən artıq ağır idi. Onun bütün müalicə xərclərini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26