Interposta.Info

Cəmiyyəti ciddi narahat edən erkən nikah problemi: Həkimlərdən XƏBƏRDARLIQ - VİDEO

Manşet
 27-10-2023, 09:04     31 120

Azərbaycanda 2022-ci ildə 18 yaşı tamam olmadan dünyaya uşaq gətirən anaların sayı 2011 nəfər olub.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən il üzrə statistik məlumatında bildirilib.

Qeyd edilib ki, göstəricilərdə 2021-ci illə müqayisədə 361 nəfər artım var.

Ən yüksək göstəricilər 280 nəfər olmaqla Qazax, Tovuz iqtisadi rayonunda 245, həmçinin 240 nəfər uşaq sayı ilə Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb.
Psixoloq Gülnar Orucovanın sözlərinə görə, ölkəmizin bəzi bölgələri var ki, burada qızlar erkən nikaha, valideynlər tərəfindən, xüsusilə də anaları tərəfindən məcbur edilirlər:

“Düşünürlər ki, əgər 16-17 yaşında övladları ailə qurmasa, daha sonra heç vaxt ailə qura bilməyəcək. Yəni, valideynlər yalnız “mənim qızım ailə qurub və övlad sahibidir” deyə fikirləşir, gerisini düşünmürlər. Erkən nikaha girən bir qadının sağlam övlad dünyaya gətirmə ehtimalı 20-24 yaşında bir anadan daha aşağı səviyyədədir. Eləcə də erkən nikaha girən şəxslərin psixoloji problemləri sonradan ortaya çıxa bilir. Bəzən xəyanətlər, qarşıdurmalar məhz erkən nikaha girən insanlar arasında formalaşır”.

Ətraflı Baku TV-nin süjetində:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26