Interposta.Info

Bərdədə səkkizinci sinif şagirdinin ərə verilməsinin qarşısı alındı

Ölkə
 30-09-2022, 17:47     380

30 sentyabr 2022-ci il tarixdə Bərdə rayonunun kəndlərindən birində orta məktəbin 8-ci sinif şagirdinin erkən evliliyə cəlb olunması ilə bağlı daxil olan müraciətə dair müvafiq araşdırma aparılıb.

Bu barədə "İnterPosta"ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, növbəti dəfə erkən evliliyin qarşısını alınıb.

Qeyd edək ki, Dövlət Komitəsinin əməkdaşı tərəfindən yetkinlik yaşına çatmayan qızın ailəsi ilə əlaqə saxlanılıb, valideyn tərəfindən ailələr arasında ilkin razılaşma olduğu bildirilib. Yetkinlik yaşına çatmayan şəxsi evliliyə cəlb etdiklərinə görə valideynə xəbərdarlıq edilib, həmçinin valideynlik məsuliyyəti izah edilib. Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanılır.

Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsinə görə (Nikah yaşına çatmayan şəxsi, nikaha daxil olmağa məcbur etmə) bu əməli törədən şəxslər 3 min manatdan 4 min manatadək miqdarında cərimə və ya dörd ilədək müddətində azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar.

Qeyd edək ki, bir neçə gün öncə Bakıda 17 yaşlı qızın zorla evləndirilməsinin qarşısı alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26