Interposta.Info

DİN-dən qadınları nikaha məcbur edənlərə xəbərdarlıq
 

Müxtəlif
 2-11-2021, 09:22     365

Azərbaycanda qadını nikaha daxil olmağa məcbur etmə cinayət məsuliyyəti yaradır.

"İnterPosta" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şömə rəisi Elşad Hacıyev bildiib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir.

"Cinayət qanunvericiliyinə görə, qadını nikaha daxil olmağa məcbur etmə - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Digər halda - eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə - üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Xatırladaq ki, bu gün sosial şəbəkələrdə 14 yaşına çatmayan qızın nişan mərasimin keçirilməsi və erkən nikaha sövq edilməsi ilə bağlı məlumat yayılıb. Bildirilib ki, hadisə Salyanın Şorsulu kəndində baş verib. İddiaya görə, azyaşlı evləndirilmək məqsədilə təhsildən uzaqlaşdırılıb. Ona nişan mərasimi keçirilib, gələn ilin əvvəllərinə isə toy planlaşdırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26