Interposta.Info

16 yaşında uşaq dünyaya gətirən qızla bağlı ŞOK TƏFƏRRÜAT VİDEO

Ölkə
 12-04-2022, 10:21     219

Gəncə Perinatal Mərkəzdə 16 yaşlı qız övlad dünyaya gətirib. Yaxınları ilə xəstəxanaya gətirilən gənc ana dərhal əməliyyata alınıb və qeysəriyyə üsulu ilə çəkisi 4 kq, boyu 52 sm olan qız övladı dünyaya gətirib.

"İnterPosta" xəbər verir ki, Mərkəzin baş həkimi "Xəzər Xəbər"ə bildirib ki, anası xəstəxanada ilkin qeydiyyat zamanı qızının yaşı ilə bağlı yanlış məlumat verərək onu böyük göstərməyə cəhd etsə də tezliklə həqiqət ortaya çıxıb.

Baş həkim əlavə edib ki, 16 yaşlı ananın həddən çox piylənməsi və artıq çəkisi var. Bu da onun əsl yaşını müəyyən etməyə imkan verməyib.

Qonşuları da deyir ki, qızın 16 yaşlı olmasını məlumat yayılandan sonra biliblər.

Hazırda ananın və körpənin vəziyyəti kafi, stabildir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də faktı tədiqləyib. Bildirilib ki, erkən nikah və onun fəsadları barədə kifayət qədər maarifləndirici tədbirlər görülsə də, görünür hələ də bu kimi məsələlərə etinasız yanaşanlar var.

İlkin araşdırmalar zamanı gənc ananın 2020-ci ildə 14 yaşı olan zaman qeyri-rəsmi nikaha daxil olması məlum olub. Daxili İşlər Nazirliyi də məsələyə münasibət bildirib. Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, qeyd edilən faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26