Interposta.Info

Uşaq dünyaya gətirən 11 yaşlı qızın son vəziyyəti açıqlandı

Müxtəlif
 30-10-2021, 11:33     1 270

Uşaq dünyaya gətirən İmişli rayon sakini olan 11 yaşlı qızın vəziyyəti sabit, körpənin durumu isə ağırdır.

"İnterPosta" xəbər verir ki, bu barədə Report-a Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsindən bildirilib.

Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26