Interposta.Info

Uşaq üstündə savaşan iki ailə silaha əl atdı:

Ölkə
 5-04-2017, 08:30     593

Türkiyənin Şanlıurfa rayonunda silahlı qarşıdurma olub.
Musavat.com-un məlumatına görə, atışma nəticəsində ikisi polis olmaqla 6 nəfər yaralanıb. Məlumata əsasən, hadisə Kamberiyə məhəlləsində baş verib. Uşaqları üzündən bir-biri ilə dalaşan iki ailə sonra barışmaq üçün bir araya gələndə, bu dəfə silahlı qarşıdurma yaşanıb. Belə ki, ailələr bir-birlərinə atəş açmağa başlayıblar.

Atışmada 6 nəfər yaralanıb, onlardan ikisi silah səsini eşidib hadisə yerinə polislər olub. Xəstəxanaya aparılan polislərdən birinin yanağından, digərinin isə ayağından yaralandığı, vəziyyətlərinin normal olduğu bildirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26