Interposta.Info

Mövlam Şıxəliyevin itirdikləri: Azadlıq, rütbə, əmlaklar – SİYAHI + YENİLƏNİB

Manşet
 21-09-2022, 12:44     159

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevin və ailə üzvlərinin adına olan əmlakların müsadirə olunması barədə qərar qəbul edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, istintaq dövründə Mövlam Şıxəliyevin mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 482 min manat, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198,1 kvadratmetr sahəsi olan daşınmaz əmlakın 770 min 609 manat, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kvadratmetr sahəsi olan zirzəminin 35 min 500 manat, Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlakın 974 min 600 manat, Nəsimi rayonu, Nizami küçəsi, ev 78, 6 mənzil ünvanında yerləşən daşınmaz əmlakın 214 min manat, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlakın 31 min 500 manat, Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakın 39 min 528 manat dəyərində olması müəyyən edilib.

Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən daşınmaz əmlakın 26 min 240 manat, Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kvadratmetr əmlakın 17 min manat, Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlakın 37 min 600 manat, Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlakın 400 min manat, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən 403,3 kvadratmetr sahəsi olan daşınmaz əmlakın 1 milyon 452 min manat, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137,7 kvadratmetr sahəsi olan daşınmaz əmlakın 535 min 653 manat, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137,7 kvadratmetr sahəsi olan daşınmaz əmlakın 738 min 711 manat dəyərində olması müəyyənləşib.

Mövlam Şıxəliyevin qızı Samirə Əliyevanın adına rəsmiləşdirilmiş Bakı şəhəri Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167,3 kvadratmetr sahəsi olan daşınmaz əmlakın 650 min 719 manat, Binəqədi rayonu, Novxanı kənd, 686 ünvanında yerləşən 214,3 kvadratmetr sahəsi olan daşınmaz əmlakın 257 min 172 manat, Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087,7 kvadratmetr sahəsi olan daşınmaz əmlakın 1 milyon 305 min 240 manat dəyərində olduğu üzə çıxıb.

Generalın oğlu Elgün Şıxəliyevin adına rəsmiləşdirilmiş Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlakın 360 min manat, Səbail rayonu, prospekti ev 7 ünvanında yerləşən daşınmaz əmlakın 714 min 985 manat dəyərində olması müəyyən edilib.

Əmlaklar ümumilikdə 7 738 017 manat məbləğində müəyyənləşib.

11:01

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub.

APA xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub.

Üzərinə həbs qoyulmuş əmlakların dövlət nəfinə müsadirə olunacağı bildirilib.

Məhkəmənin hökmü ilə Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb.

10:52

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi ilə bağlı məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

İstintaq dövründə zaminə buraxılmış Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərov məhkəmə zalında həbs olunublar.

10:48

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi ilə bağlı məhkəmə araşdırması başa çatır.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hazırda hökm elan olunur.

Prokuror Mövlam Şıxəliyevə 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 11 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.

Xatırladaq ki, ittihamda qeyd olunub ki, Mövlam Şıxəliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə verilərək, barəsində həbs qətimkan tədbiri, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26