Sahil Babayev neftin qiymətindən danışdı
"Qaldırılan birinci məsələdə proqnozlaşdırma ilə bağlı olaraq gəlir proqnozlarımıza toxunuldu. Gəlir proqnozlarımıza baxdıqda icra göstəricimiz 102,2%-dir. Yəni, dövlət büdcəsinin gəliri 2,2% artıqlaması ilə icra olunub. Qeyri neft-qaz sektoru üzrə isə 101,6%-dir. Neft-qaz daxil olmalarının proqnozlaşması bizim müəyyən edəcəyimiz neft qiymətindən asılıdır".
Goldmedia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ın müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
"Neft qiyməti və ona bağlı olaraq təbii qaz satışının olan qiyməti dünya bazarlarında olan bir əmtəədir, kifayət qədər volatilli əmtəədir. Keçən il elə bu məkanda müzakirələrimiz zamanı bir çox deputatlarımız təklif edirdi ki, cari il üçün 65 dollar proqnoz çoxdur, 60 dollar qoyaq. Bugünkü rəqəmləri də görürsünüz. Eyni ilə də keçən il üçün müəyyən edilmiş rəqəm 70 dollar idi və icra göstəricisi də 71 dollar olub. Yəni, bu sırf Azərbaycanın nəzərə aldığı və ya həyata keçirdiyi siyasətin xüsusiyyəti ilə bağlıdır”, deyə o vurğulayıb.
Onun sözlərinə görə, neft qiymətlərinin cari il üçün 65 dollar götürülüb:
"Bunu konservativ yanaşma hesab edirik. Düşünürük ki, neftin qiyməti daha artıq ola bilər və əlbəttə ki, o vəsaitləri istifadə etməyə də çalışa bilərik, amma eyni zamanda konservativ yanaşma ilə real büdcə ehtiyaclarına uyğun şəkildə rəqəmləri müəyyən edib, əlavə gəlirlərin neft fonduna toplanması, neft fondunda o vəsaitlərin toplanması üçün tədbirlər də görə bilərik. Əlbəttə, Azərbaycan dayanıqlı, sağlam və konservativ yanaşma ilə neft qiymətləri proqnozlaşmasını həyata keçirir. Qeyri-neft sektoru üzrə proqnozlaşmamız isə tədiyə növündən asılı olaraq müxtəlif qaydalar çərçivəsində, müxtəlif makroiqtisadi modellər çərçivəsində həyata keçirilir”.\qaynarinfo.az
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26




