Interposta.Info

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?
 

İqtisadiyyat
 19-04-2024, 16:34     39 031

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb.

"İnterPosta" xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslərin isə 2000 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Mayın 3-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçiriləcək.

Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirovdur. O, bu vəzifəyə 2021-ci ildə təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26