Interposta.Info

"Xəzər Dəniz Gəmiçiliyi" gömrük qaydalarını pozub? - Qurum məhkəməyə verildi
 

İqtisadiyyat
 9-04-2024, 18:41     77 626

Dövlət Gömrük Komitəsi (DGK) "Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində inzibati protokol tərtib edib.

"İnterPosta"xəbər verir ki, QSC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir.

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Aprelin 24-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçiriləcək.

485.2-ci maddədə vəzifəli şəxslərin 1000 manat məbləğində, hüquqi şəxslərin isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. "Xəzər Dəniz Gəmiçiliyi" QSC 2013-cü ildə yaradılıb. ASC-nin İdarə Heyətinin sədri Rauf Vəliyevdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26