Interposta.Info

Bakıda məşhur aptek sertifikasiyadan keçməyən şəxsi əczaçılıq fəaliyyətinə cəlb edib

 

İqtisadiyyat
 10-04-2023, 20:20     1 112

Əczaçılıq sahəsində əsas oyunçulardan olan "Buta Farm” şirkəti ilə bağlı inzibati xəta haqqında iş başlanılıb.

Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) ilə ittiham edilir.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun icraatındadır.

İnzibati Xətalar Məcəlləsinin 251.4-cü maddəsində vəzifəli şəxslərin səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Ətraflı

"Buta Farm” MMC 8 iyul 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 1022-də yerləşir. MMC-nin qanuni təmsilçisi Emil Məmmədov Tahir oğludur.

"Buta Farm” barəsində ötən ay da inzibati protokol tərtib edilib. Protokollardan biri İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə tərtib olunub. Bu maddədə qeyd edilir ki, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, "Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər 1 500 - 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 - 7 000 manatadək məbləğdə cərimə edilir.

İkinci protokol isə İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə (Aptek təşkilatlarına dair tələblərin pozulması) əsasən tərtib edilib. Bu maddədə vəzifəli şəxslərin 500-700 manatadək məbləğdə, hüquqi şəxslərin isə 1000-1200 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26