Interposta.Info

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat
 14-03-2024, 09:39     41 021


Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti ötən günlə müqayisədə 0,81 dollar və ya 0,94% artaraq 86,69 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26