Interposta.Info

 

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat
 28-11-2023, 09:33     23 496

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,59 ABŞ dolları, yaxud 1,86% azalaraq 84,07 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26