Interposta.Info

“Azeri Light” neftinin qiyməti 98 dolları keçdi
 

Ölkə
 13-09-2023, 09:41     237

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,91 ABŞ dolları, yaxud 1,97% artaraq 98,64 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26