Interposta.Info

Azərbaycan neftinin qiyməti 86 dolları ötüb

İqtisadiyyat
 25-04-2023, 09:41     349

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft cüzi bahalaşıb.

Azərbaycan neftinin bir barelinin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,84% artaraq 86,26 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

İinterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26