Interposta.Info

Artıq bir-birinizə pul göndərəndə az faiz çıxacaq (RƏSMİ)

İqtisadiyyat
 2-11-2023, 15:12     24 111

Ötən həftədən banklararası kartlarla olan komissiya haqları azaldılıb.

"İnterPosta" trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, məqsəd nağdsiz ödənişlərin təşviq edilməsidir.

T.Kazımov əhali arasında manata inamın artdığını diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26