Interposta.Info

“Ermənistan Azərbaycandan təbii qaz almağa hazırdır” – Erməni nazir müavini

İqtisadiyyat
 27-10-2023, 15:47     36 538

Ermənistan iki ölkə arasında siyasi fikir ayrılıqları başa çatandan sonra Azərbaycandan təbii qaz almağa hazırdır.

Bunu Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan Tbilisidə keçirilən "İpək yolu” beynəlxalq forumunda deyib.

Vardanyan xatırladıb ki, Azərbaycanla Ermənistan arasındakı münaqişədən əvvəl Ermənistan Azərbaycandan təbii qaz alırdı: "Azərbaycandan qaz və elektrik enerjisi təminatının dayandırılması Ermənistanın qaz və elektrik sistemi üçün şok yaratmışdı. Çünki biz o vaxt Azərbaycandan qaz alırdıq. Bundan sonra Gürcüstan ərazisindən qaz xətti çəkməli olduq. Ümid edirəm ki, bizim regionumuzda sülh bərqərar olacaq və biz o vaxtlar olduğu kimi əməkdaşlıq edə, enerji sistemimizi diversifikasiya edə biləcəyik”.

Qeyd edək ki, hazırda Ermənistan təbii qazı İrandan və Rusiyadan alır. İrandan aldığı qazın əvəzinə Ermənistan bu ölkəyə elektrik enerjisi verir.

İnterPosta.info xəbər verir ki, məlumatı "AzPolitika.info” Ermənistan mətbuatına istinadən yayıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26