Interposta.Info

Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalı artırdı
 

İqtisadiyyat
 15-11-2021, 21:10     353

Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalı artırdı

Bu ilin ilk 10 ayında Gürcüstanın Azərbaycandan tədarük etdiyi elektrik enerjisinin həcmi 505,7 milyon kilovatt/saat təşkil edib.

"İnterPosta" xəbər verir ki, bu barədə "Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Sənədə əsasən, bu, ötən ilin eyni göstəricisindən 1,56 % çoxdur.

Yanvar-oktyabrda Gürcüstan ümumilikdə 1 724,5 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib ki, bunun da 29,32 %-i Azərbaycanın payına düşüb.

Hesabat dövründə qonşu ölkənin əsas elektrik enerjisi tədarükçüsü 1057,6 milyon kilovatt/saatla Rusiya olub.

İlk 10 ayda Gürcüstan Azərbaycandan Türkiyəyə 318,3 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26