Interposta.Info

Gürcüstan elektrik enerjisi çatışmazlığını Azərbaycanın hesabına ödəməyə başlayıb

Siyasət
 22-07-2019, 15:38     10 376

İyul ayının 1-dən etibarən Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalı həyata keçirir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) rəsmi saytında bildirilib.

İyulun əvvəlindən 18-dək qonşu ölkə Azərbaycandan 41,1 mln kilovatt/saat elektrik enerjisi tədarük edib.

Ötən ilin iyul ayında isə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin həcmi 1,16 mln kilovatt/saat təşkil edib. Onun da 1,14 mln kilovatt/saatı Azərbaycanın payına düşür, qalan həcmi isə - 17,73 min kilovatt/saat elektrik enerjisini Gürcüstan Rusiyadan idxal edib.

İyul ayında qonşu ölkə adətən elektrik enerjisi ixrac edir, idxal isə təxminən sıfıra bərabər olur.

Hazırda Azərbaycandan həyata keçirilən idxal Gürcüstandakı SES-lərdə aşağı istehsal və elektrik enerjisinin istehlakının artması ilə əlaqədardır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26