Interposta.Info

Mərkəzi Bank sədrindən manatın taleyi ilə bağlı açıqlama (VİDEO)

İqtisadiyyat
 10-10-2023, 19:30     249


"Biz öz monitar siyasətimizi sərtləşdirmişik. Bunu bizim qərarlardan görmək olar”.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AZTV-yə açıqlamasında bildirib.

AMB sədrinin sözlərinə görə, Dünya Bankları çalışırlar bu məqamda tələb inflyasiyasını idarə etməyə çalışırlar:

"Bu nə deməkdir? Yəni qiymətlərin artımı, istehlakın artımından yaranan inflyasiyanı idarə etmək. Mərkəzi Bankın siyasət faizi var. Yəni, uçot dərəcəsini dəyişdirməklə, banklar tələb inflyasiyasına təsir edə bilirlər”.

Baş bankirin sözlərinə görə, valyuta bazarında tələb aşağıdır:

"Lakin kifayət qədər valyuta təklifi var. Sentyabr ayında bazarda xarici valyutanın (dolların -red) təklifi tələbi kifayət qədər çox üstələyib. Mərkəzi Bank Manata bahalaşma istiqamətində təzyiqi azaltmaq üçün bazara müdaxilə edib.

2023-cü ilin ötən dövrü ərzində Mərkəzi Bank məzənnəni sabit rejimdə saxlamaq üçün alış yönümlü müdaxilə edərək, bazardan 566 milyon dollar alıb. Bu 566 milyon dollarlıq alışın 444 milyon dolları yalnız sentyabr ayında olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26