Interposta.Info

Dövlət Vergi Xidməti yarım milyon manata məsləhət alacaq

İqtisadiyyat
 8-08-2023, 11:45     453

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi Gürcüstanın "Reformatics FZC” şirkəti olub.

Yeniavaz.com xəbər verir ki, Vergi Xidməti vergi sisteminin təkmilləşdirilməsi istiqamətində islahatların həyata keçirilməsi üçün ekspert dəstəyi üçün "Reformatics FZC” şirkətinə 534 min 933 manat 19 qəpik ödəyəcək.

Bildirilib ki, bu müqavilə üzrə satınlama proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib (elektron satınalma deyil).

Məlumat üçün qeyd edək ki, "Reformatics FZC” şirkətinin rəsmi saytında qeyd olunub ki, şirkət 2012-ci ildən fəaliyyət göstərir:

"Dünya üzrə dövlət sektoru liderləri ilə sıx əməkdaşlıq edərək onlara sürətli iqtisadi artım üçün düsturlar və strategiyalar, eləcə də dövlət siyasətinə innovativ yanaşmalar hazırlamaqda kömək edən məsləhət firmasıdır”.

Həmçinin qeyd edilib ki, şirkət Gürcüstanın keçmiş baş naziri cənab Nika Gilauri tərəfindən təsis edilib. N. Gilauri iqtisadi islahatlar, biznes sektoru və idarəetmə üzrə keçmiş baş məsləhətçiləri Tamara Kovziridze və Vaxtanq Lejava ilə birlikdə şirkətə rəhbərlik edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26