Interposta.Info

Nazirliyin 15 milyonluq tenderini bu şirkət uddu - Vergi borcu da var

Paradoks
 8-10-2022, 15:27     1 458

Elm və Təhsil Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi "Element YT” Qapalı Səhmdar Cəmiyyəti olub.

"İnterPosta" Yeniavaz.com-a istinadən xəbər verir ki, nazirliyin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması xidmətinə görə "Element YT” QSC-yə 15 milyon 144 min 749 manat 40 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 2 min manat nizamnamə kapitalı olan "Element YT” QSC-nin qanuni təmsilçisi Paşayev Mətləb Allahverdi oğludur. Şirkət 16 yanvar 2019-cu ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, ötən günə (7 oktyabr) olan məlumata görə, "Element YT” QSC-nin dövlət büdcəsinə 226 manat 13 qəpik vergi borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26