Interposta.Info

Azərbaycanda özəl pensiya fondu yaradılır - Bazara yeni rəqib gəlir

İqtisadiyyat
 28-07-2023, 21:01     419

"Azərbaycanda özəl pensiya fondunun yaradılması üçün hazırda münbit şərait yoxdur”.

Bu sözləri Valyuta.az-a iqtisadçı Akif Nəsirli Azərbaycanda yaradıılacaq özəl pensiya fondları haqqında danışarkən deyib.

İqtisadçı bildirib ki, lakin bazar iqtisadiyyatı şəraitində istənilən xidmətin alternativi olmalıdır:


"Bazar iqtisadiyyatı inhisarçılığın tərsidir. Söhbət azad iqtisadi münasibətlərdən gedirsə, bazar iqtisadiyyatının metodu tətbiq olunan ölkələrdə vətəndaş bütün mal və xidmətlərin alternativlərini görməlidirlər ki, onlar seçim edə bilsin. Seçim arasında qalanda bir-biri ilə rəqabət aparan alternativ rəqiblərdən hansını yaxşı hesab edirsə, alıcı onu seçir. Sahibkarların, hökumətin təklifi alıcının seçimindən asılı olur. Hamı çalışır ki, rəqibinin qarşısında dayana bilsin, rəqabət qabiliyyətli xidmət təqdim eləsin”.

Akif Nəsirli deyir ki, Azərbaycanda bu gün pensiya xidməti alternativsiz fəaliyyət göstərir:

"Özəl pensiya fondu da bir xidmətdir. İnsanlara əmək qabiliyyətini itirəndən sonra, yəni ahıl vaxtlarında həyat şəraitini yaxşılaşdırmaq üçün pensiya xidmətləri göstərilir. Azərbaycanda bu gün pensiya xidməti alternativsiz fəaliyyət göstərir. Heç kim orta aylıq pensiyasını ala bilmir. Çünki bu sahə rəqibsiz, şəriksiz fəaliyyətdədir. Ona görə də bu sahə istənildiyi kimi tənzimlənir. Bu sahədə rəqabət olsa, xidmət daha yaxşı, insanalar üçün sərfəli olar".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26