Bakı-Sumqayıt yolunda neft kəmərində sızma ilə bağlı son durum - YENİLƏNİB + VİDEO
Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində baş verən sızmanın qarşısı alınıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, kəmər bərpa edilib:
“FHN-in qüvvələri dislokasiya yerinə qayıdıblar”.
01:08
Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma baş verib.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində neft kəmərində sızma baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin mütəxəssisləri əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıblar.
Hadisənin ilkin qiymətləndirilməsi zamanı Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma baş verdiyi müəyyən olunub.
Hazırda neft sızması ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazidə növbə çəkir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26