Meksikada neft kəmərində yanğın baş verib

Bazar ertəsi Meksikanın qərbində yerləşən Halisko ştatında "Pemex" dövlət neft-qaz şirkətinə məxsus neft kəmərində yanğın baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Noticias MVS" radiostansiyası məlumat yayıb.
Hadisəyə Tlahomulko-de-Sunyiqa rayonu ərazisində duru yanacaq oğruları tərəfindən borunun qanunsuz olaraq deşilməsi səbəb olub.
Hadisə baş verən ərazi yaxınlığıda cinayətkarlara aid olduğu ehtimal edilən 7 maşın yanıb. Xəsarət alanlar barədə məlumat yoxdur. Alovun söndürülməsinə 170-dən çox yanğınsöndürən və xilasedici cəlb olunub.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26