Interposta.Info

Rövşən Nəcəf: “SOCAR neft və qaz hasilatına investisiyaları artırıb”

İqtisadiyyat
 1-06-2023, 15:18     213

“Enerji təhlükəsizliyi çox önəmlidir. Dayanıqlı enerji üçün proqramlarımızı nəzərə almalıyıq. SOCAR son zamanlar neft və qaz hasilatına investisiyaları artırıb”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakı Enerji Forumunda deyib.

Onun sözlərinə görə, yaxın onilliklərdə neft və qaz hasilatını dayandırmaq olmaz:
“Biz neft ehtiyatlarının ekoloji təmiz çıxarılmasını, təmiz enerji istehsalı ideyasını dəstəkləyirik. Enerji qiymətlərinin artmasını, tərəfdaşlarımızın qaz və neft anbarlarının boşalmasını görməzdən gələ bilmərik. Keçid olaraq enerji şirkətləri ilə bunun üzərində işləməliyik. Şuşada da biz bp və “Masdar”la birlikdə bərpa olunan enerji mənbələri üzrə müqavilələr imzalamışıq. Biz kifayət qədər tərəfdaşlarla işləməyə və layihələrin sayını artırmaqda qətiyyətliyik. Çalışıb iqlimimizi mühafizə etməli, sıfır emissiyaya nail olmalıyıq. Bunun üçün konstruktiv şəkildə və dataya əsaslanaraq analizlər aparmalıyıq. SOCAR enerji keçidi və dayanıqlı istehsal sahəsində beynəlxalq əməkdaşlığa açıqdır. Bu, Avropa İttifaqının və bütövlükdə regionun enerji təhlükəsizliyinin təmin edilməsi baxımından önəmlidir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26