Interposta.Info

“Statoil”: Azərbaycan regionun enerji xəritəsini dəyişdirdi

İqtisadiyyat
 2-03-2017, 07:30     567

“Statoil”: Azərbaycan regionun enerji xəritəsini dəyişdirdi

“Azərbaycan hər zaman verdiyi sözü tutur”. “APA-Economics” xəbər verir ki, bunu “Statoil”şirkətinin baş vitse-prezidenti Al Kuk ABŞ-Azərbaycan konfransında çıxışı zamanı bildirib.

A.Kuk buna misal olaraq bir neçə layihəni göstərib. Onun sözlərinə görə, bu layihələrin fonundan“Əsrin müqaviləsi” xüsusilə seçilir.

Norveç nəhənginin rəsmisi qeyd edib ki, “Statoil” Azərbaycanın neft-qaz sektorunun ikinci iri investoru adını qorumaq niyyətindədir: “Şirkətimiz Azərbaycanın enerji sektoruna 5,6 mlrd. dollar yatırıb. Azərbaycanın enerji sektoru nəhəng potensiala malikdir. 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, dünyanın enerji xəritəsinə öz dəsti-xəttini gətirib. İndi deyə bilərik ki, Azərbaycan regionun enerji xəritəsini dəyişdirdi”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26