Interposta.Info

Cəlilabadda kartofun qiyməti kəskin ucuzlaşdı (FOTO)

İqtisadiyyat
 30-05-2023, 09:44     152

Cəlilabad rayonunda kartofun qiyməti kəskin şəkildə ucuzlaşıb.

Bu barədə "Report"un yerli bürosuna bir qrup fermer məlumat verib.

Onların sözlərinə görə, əvvəllər qiymətlər daxili və xarici bazarlara uyğun tənzimlənsə də, son günlər məhsulun qiyməti xeyli aşağı düşüb.

Qeyd olunub ki, bir neçə həftə əvvəl 0,6-1 manata satılan kartofun indiki qiyməti 0,2-0,25 manat civarındadır.

Sahibkarlar kartofun bu qiymətə satışının məhsulun yetişdirilənədək sərf olunan xərcləri ödəmədiyini söyləyiblər.

Amma onlar kartofun xarab olmaması üçün satmağa məcbur olduqlarını bildiriblər.

Qeyd edək ki, Cəlilabadda yetişdirilən kartof məhsulu daha çox Rusiya bazarlarına ixrac olunur.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26