Interposta.Info

Rusiya Rəşt-Astara dəmir yolunun tikintisinə kredit ayırır - 1,3 milyard avro

İqtisadiyyat
 18-05-2023, 19:36     240

Rusiya İranda Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayıracaq.

Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak deyib.

Layihənin ümumi dəyəri 1,6 milyard avro qiymətləndirilir.

Dəmir yolunun tikintisi ilə bağlı saziş mayın 17-də Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisinin iştirakı ilə imzalanıb.

Novakın sözlərinə görə, dövlətlərarası kreditdə Rusiyanın payı 85% təşkil edir. Dəmir yolu ilə yük dövriyyəsinin həcmi ildə ən azı 15 milyon ton olmalıdır.

Rəşt-Astara dəmir yolu Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir, bu marşrut Rusiya Federasiyasına Yaxın Şərq və Hindistan ətrafı ölkələri ilə ticarət üçün Fars körfəzindəki İran limanlarına çıxış əldə etməyə imkan verir.

Dəmir yolunun tikintisi başa çatmaqda olan hissəsinin 2025-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26