Interposta.Info

Bakı kəndində villa sahiblərinin quraşdırdığı qanunsuz şlaqbaum söküldü (FOTO/VİDEO/YENİLƏNİB)

İqtisadiyyat
 25-04-2023, 16:52     294

Bakının Xəzər rayonunun Buzovna kəndində villa sahiblərinin özbaşına olaraq quraşdırdığı şlaqbaum sökülüb.

Bu barədə "İnterPosta"-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda ərazidə hər hansı məhdudiyyət yaradan maneə yoxdur.

24.04.2023 - 16.27

Yay mövsümünün yaxınlaşması və isti günlərin gəlməsi ilə Bakı çimərliklərində və sahil kəndlərində müxtəlif neqativ tendensiyalar yenidən özünü büruzə verməyə başlayır.

Caliber.Az-ın xəbərinə görə, xüsusilə də əvvəllər hər kəsə açıq olan və dənizə gedən küçələrdən birində villa sahibləri özbaşına şlaqbaum quraşdırıblar və bununla da yolun qarşısını kəsiblər.

Bu barədə Bakının Xəzər rayonunun Buzovna kənd sakinləri bildiriblər.

Fakt barədə Xəzər rayon İcra Hakimiyyəti məlumatlandırılıb və bu özbaşınalığa reaksiya verilməsi gözlənilir.


İnterPosta.info
[media=https://baku.tv/embed/80576]

Bakı kəndində villa sahiblərinin quraşdırdığı qanunsuz şlaqbaum söküldü (FOTO/VİDEO/YENİLƏNİB)


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26