Interposta.Info

Bakıda milyonluq villanı sökdülər -

Müxtəlif
 28-04-2018, 20:50     10 440

Bakıda milyonluq villa sökülüb.

Axar.az xəbər verir ki, Bakıxanov qəsəbəsindəki mülk plana düşüb. Qəsəbədə pilot layihə olan və "Bakıxanov Rezidens" şirkətinin tikəcəyi yaşayış binası ilə əlaqədar milyonluq villa, 2 mərtəbəli yaşayış binası və ətrafdakı mağazalar sökülüb.

Yaşayış binasından köçürülənlər müvəqqəti kirayələrə yerləşdirilib. Kompensasiya istəyənlər yeni mənzillər alıblar.

Kirayədə qalmağı seçənlərə isə tikiləcək yeni binadan mənzillər veriləcəyi vəd olunub.

Villa sahibinə 2 milyona yaxın ödəniş edildiyi iddiaları var. Hazırda malikanədə söküntü işləri gedir.

Qeyd edək ki, Bakının Sabunçu, Yasamal rayonlarında pilot layihələr həyata keçirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26