Interposta.Info

Bərdədə dəhşətli olay: Meşəyə getdilər və...

Ölkə
 27-11-2018, 21:53     591

Bərdə rayonunda kütləvi dava baş verib.

Hadisə rayonun Lək kəndi yaxınlığındakı meşədə qeydə alınıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Bərdə rayon Qaradəmirçi kənd sakinləri - Nurlan, Sərxan və Orxan Əlikram oğlu Ramazanov qardaşları və onların yaxın dostu Elnur Dəmir oğlu Qurbanov kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların ikisi Reanimasiya, digər ikisi isə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində əməliyyat qrupu yaradılıb, hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir./publika.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26